Kərəc şəhərinin cümə imamı Məhəmməd Mehdi Hüseyni Həmədani ötən həftə cümə namazı xütbəsində İranın ali rəhbəri Əli Xameneiyə dair səsləndirdiyi bənzətmə ilə sosial şəbəkələrdə diqqət çəkib.
Həmədani xütbə zamanı bildirib: “Xameneyinin baxışı qatır kimi deyil, dəvə baxışıdır!”
O, bu ifadə ilə İranın ali rəhbərinin “strateji baxışını, səbrini və uzaqgörənliyini” vurğulamaq istəyib.
Bu qeyri-adi bənzətmə ictimaiyyət və sosial media istifadəçiləri arasında geniş müzakirələrə səbəb olub.