Ulusal.az xəbər verir ki, Braun Universitetinin İctimai və Beynəlxalq Əlaqələr üzrə Uotson İnstitutunun təhlilinə əsaslanan WikiLeaks-in məlumatına görə, ABŞ hökuməti Qəzza münaqişəsi başlayandan 2023-cü il oktyabrın 7-dən 2024-cü il sentyabrın 30-dək İsrailə 22,76 milyard dollar hərbi yardım edib.
Hesabata görə, bu büdcəyə 17,9 milyard dollar birbaşa hərbi yardım və 4,86 milyard dollar dolayısı ilə hərbi əməliyyatlar daxildir (ümumi maliyyələşdirmənin cəmi 73 faizi).
Dünən İsrail ordusu Qəzza zolağının şimalında Kamal Advan, Əl-Avda və İndoneziya xəstəxanalarını hədəfə alaraq 395-ci gün ardıcıl onlarla hava və artilleriya zərbəsi endirib, dinc sakinlər həlak olub.
Qəzza Səhiyyə Nazirliyinin son açıqlamasına görə, İsrailin Qəzza zolağına təcavüzü başladığı 7 oktyabr 2023-cü ildən bu yana fələstinlilərin sayı 43 min 341 nəfərə, yaralıların sayı isə 102 min 105 nəfərə çatıb.