Artıq bir neçə gündür ki, Bakı Nəqliyyat Agentliyinin (BNA) İdarə Heyətinin sədri Vüsal Kərimli və komandası Qarabağ qazilərinə qarşı total hücumlara başlayıb. Bakı şəhərində nəqliyyat sistemini iflic vəziyyətinə salan Vüsal Kərimli indi də nəqliyyat sektoruna öz töhfələrini verən qazilərə qarşı hücuma başlayıb. Vüsal Kərimlinin ölkədə nəqliyyat sektoruna öz töhfələrini verən qazilərə qarşı hücumun əsl səbəbi nədir?
Məlumdur ki, vaxtilə Ulu öndər Heydər Əliyevin göstərişi ilə nəqliyyat sektoruna investisiya yatıran Qarabağ qaziləri nəqliyyat sektorunun inkişafına öz töhfələrini verdilər. Məhz Qarabağ qaziləri iş adamları ilə həmrəylik nümayiş etdirərək ölkəyə müasir avtobusların gətirilməsinə nail oldular. Bu gün Bakı şəhərində normal xidmət göstərən sərnişindaşıma şirkətlərin çoxu məhz Qarabağ qazilərinin əlindədir. Lakin görünür başı pul toplamağa qarışan, hər bir şeyi pul gözündə görən Vüsal Kərimli Qarabağ qazilərinin nəqliyyat sisteminə öz təhfələrini verən qazilərimizə qarşı nifrəti var. Əgər belə olmasaydı Vüsay Kərimli öz qoçuları vasitəsilə Qarabağ qazilərinə məxsus sərnişindaşıma şirkətlərinə qarşı total hücuma keçməzdi.
Bakıda fəaliyyət göstərən və Qarabağ qazilərinə məxsus olan sərnişindaşıma şirkətləri tələblərə uyğun olaraq müasir avtobuslar gətiriblər. Sözsüz bu avtobusların gətirilməsi böyük xərc tələb edir. Məhz qazi iş adamları Bakı Nəqliyyat Agentliyinin tələbi ilə bu avtobusları gətirmək üçün banklardan fantastik məğləblərdə kredit götürməli olublar. Lakin birdən-birə Bakı Nəqliyyat Agentliyinin (BNA) İdarə Heyətinin sədri Vüsal Kərimli qazilərə qarşı total hücumlara başlayıb. Qeyd edək ki, bu gün tıxacların hökm sürdüyü Bakı şəhərində qrafiklə vaxtı- vaxtında sərnişindaşımanı məhz qazilərə məxsus sərnişindaşıma şirkətləri həyata keçirir. Görünür bu qayda- qanun Vüsal Kərimlinin əndişələnməsinə səbəb olub. Çünki görünən odur ki, Vüsal Kərimliyə qayda -qanunla işləyən sərnişindaşıma şirkəti deyil, ona daha çox rüşvət ötürən sərnişindaşıma şirkəti lazımdır. Qazilərimiz sərnişçindaşımada məhz hərbiçilərə məxsus nizam – intizamla işlədiyi üçün BNA sədrinin qəzəbinə tuş gəliblər. Milyonlarla dövlət vəsaitini havaya sovuran BNA rəhbərliyi görünür yeni gəlir yeri axtarmağa məhkumdur. Etibarlı mənbədən əldə etdiyimiz məlumata görə BNA rəhbərliyi qazilərə məxsus sərnişindaşıma şirkətlərini məhv etməklə özlərinə yaxın olan şirkətləri bu xəttə daxil etmək istəyirlər.
Bakı Nəqliyyat Agentliyi son illərdə yaradılan strukturlar arasında ən uğursuz və fiaskoya uğramış qurumlardan biridir. İctimai nəqliyyatdakı xaosu aradan qaldırmaq, parklanmanı təşkil etmək üçün fəaliyyətə başlamış BNA iflas etmiş layihədir.
Vüsal Kərimlinin rəhbərlik etdiyi BNA bu illər ərzində nə normal parklanmanı təşkil edib, nə dayanacaqlardakı monitorların işləməsini təkmilləşdirib, nə dayanma-durma ilə bağlı cərimələrin yazılmasında dürüst fəaliyyət göstərir. Elə bunun nəticəsidir ki, Prezident dayanma-durma cəriməsinin yazılması səlahiyyətlərinin bir hissəsini BNA-dan alaraq təkrar Dövlət Yol Polisinə qaytarıb. Elə ilk gündən dayanma-durmanın DYP-dən alınıb BNA-ya verilməsi yanlış seçim idi. O baxımdan bu səlahiyyətlərin tamamilə alınaraq DYP-yə qaytarılması zamanıdır.
BNA mütamadi çağırış edir ki, sərnişindaşımada problemlərin arada qaldırılması üçün bizə kömək edin. Görəsən kim BNA-ya yardım etməlidir?
BNA ona yardım edən sərnişindaşıma yükünü öz çiyinlərinə alan qazilərə hücum etməklə əslində ölkə başçısı cənab İlham Əliyevin nəqliyyat sektorunda apardığı siyasətinə balta çaldığını bir daha sübut edir.
Məhz ölkə başçısının göstərişi ilə alınan bahalı avtobuslarları qarajlarda çürüdür. Bu barədə bir müddət öncə nəqliyyat üzrə ekspert Elməddin Muradlı da həyacan təbili çalmışdı. Ekspert o zaman BNA-nı yarıtmaz fəaliyyətinin detallarını belə qeyd etmişdi:
“Sərnişinlər yollarda qalır, evlərinə vaxtında gedib çata bilmirlər. Pik saatlarda avtobusların sayı azalır. Vaxtilə BNA-nın elan etdiyi tenderdə qalib gələn “BakuBus”ın bir marşrutu üzrə 10, yaxud 15 avtobusdan ibarət tərkib xəttə çıxmalıdırsa, bunun yalnız yarısı xəttə çıxır. Səbəb isə odur ki, BNA vaxtında işini doğru-düzgün qurmadığı üçün o avtobusların 300-ə yaxını sıradan çıxıb və hazırda Hövsanda qarajda çürümək üzrədirlər. Bir avtobusu söküb başqasına ehtiyat hissəsi kimi yığıblar. Belə əməllər nəticəsində də hazırda 300-ə yaxın avtobus işlək vəziyyətdə deyil. Halbuki bu avtobuslar pik saatlarda minlərlə sərnişini rahat və vaxtında evlərinə çatdıra bilərdilər. ”
Görünən isə odur ki, BNA rəhbəri Vüsal Kərimli heç kimin məsləhətinə qulaq asmaq fikrində deyil. Çünki o arxalandığı baş nazirin müavini Samir Şərifovla birlikdə ölkə sərnişindaşıma şirkətlərini məhv etməyi qarşısına məqsəd qoyub. Əgər belə olmasaydı ölkədə normal fəaliyyət göstərən sərnişindaşıma şirkətlərinə qarşı total hücumlar olmazdı. Görünən dağa isə bələdçi lazım deyil. Hər gün daha da bərbad vəziyyətə düşən sərnişindaşıma xidməti artıq bir xaos göstəricisidir. Vüsal Kərimliyə isə bu xaos lazımdır. Çünki milyonlarla dövlət vəsaitini ələ keçirməyin başqa yolu yoxdur.
P.S. Dövləti qoruyan, onun müstəqilliyini, sərhədlərinin bütövlüyünü çiyinlərində daşıyan və bu yolda qazi olanlara qarşı hücuma keçən Vüsal Kərimli yəqin ki, öz layiqli cəzasını alacaq.vətəninfo.az