image-rt-reklam
image-1backend

“Vodolatski və Zatulin kimi şovinist, imperiyapərəst şəxslərə görə ölkələr Rusiya ilə məsafəli davranırlar”

image-728x90

Gürcüstan, Ermənistan və Azərbaycan öz dövlətçiliyini məhv etməyə çalışan Avropa İttifaqı və Avropa kəşfiyyat orqanlarının çəpərindədir. Bu sözləri Dövlət Dumasının MDB işləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr komitəsi sədrinin birinci müavini Viktor Vodolatski Gürcüstanda bələdiyyə seçkiləri fonunda Tbilisidə baş verən iğtişaşları şərh edərkən deyib. “Onlar üçün (Avropa İttifaqı və Avropa kəşfiyyat agentlikləri) istənilən postsovet dövləti məhvetmə elementidir, mövcud bəşəri dəyərlərin və dərin tarixi köklərin aşınmasıdır. Məqsədləri postsovet məkanındakı istənilən dövləti sürüyə çevirməkdir. Ona görə də Ermənistan və Azərbaycan bir vaxtlar Ukraynanın məruz qaldığı hərəkətlərə məruz qalacaqlar”.

image-nesib66

Milli Məclisin deputatı Nəsib Məhəməliyev Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Rusiyada Viktor Vodolatski kimi düşünən siyasətçilərin sayı çoxdur və həmin şəxslər başa düşmürlər ki, hər bir belə bəyanat keçmiş müttəfiq respublikaları, orada yaşayan xalqları Rusiyadan incik salır və daha da uzaqlaşdırır.

“Bəzi şəxslər tərəfindən səsləndirilən “Gürcüstan, Ermənistan və Azərbaycan Avropa İttifaqının, Avropa kəşfiyyat orqanlarının çəpərindədir” fikirləri cəfəngiyatdan başqa bir şey deyil. Bizim dövlətçiliyimiz üçün təhlükə Avropadan yox, Rusiya və İrandan gəlir. Tarixən belə olub, indi də belədir. Hər bir azərbaycanlı başa düşür ki, Rusiya bizim böyük qonşumuzdur. Bizi tarixi, iqtisadi, mədəni əlaqələr bağlayır. Rusiyada yüz minlərlə soydaşımız yaşayır. Azərbaycanda da, həmçinin 120 mindən artıq rus diasporası mövcuddur. Oradakı azərbaycanlılardan fərqli olaraq, burada yaşayan rusların hər hansı ciddi problemləri yoxdur. Onlara dövlət və cəmiyyət tərəfindən böyük hörmət var”-deyən deputat vurğulayıb ki, məhz, Vodolatski və Zatulinkimilərinin şovinist, imperiyapərəst bəyanatlarının nəticəsidir ki, dörd ilə yaxındır Ukraynada qan tökülür. Əksər qonşu respublikalar Rusiya ilə məsafəli davranmağa üstünlük verirlər.

Nəsib Məhəməliyevin fikrincə, Volodatski tərəfindən edilən “çağırışı”ın əsas məqsədi odur ki, Cənubi Qafqaz respublikaları yeni dünya nizamında Qərbin yox, Rusiyanın yanında olmalıdırlar, əks halda, onları Ukraynanın taleyi gözləyir vəu baxımdan, onun bəyanatını Rusiya dövlətinin mövqeyi kimi qəbul etmək olar.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90