image-2000x150
image-bez-nazvaniya-2backend

“Vladimir Putin Cənubi Qafqazda Ərdoğan faktoru ilə əvvəlkitək hesablaşacaq” -Arzuman Muradlı

image-728x90
Türkiyədəki seçkiləri Rəcəb Təyyub Ərdoğan bu dəfə də qazandı. Ərdoğan  21 il ərzində keçirilən bütün seçkilərin qalibidir. Bu onun seçki prosesinin diqqətlə izləyən analtiklərlə işlədiyinin bariz nümünəsidir. Ərdoğanın bu qələbəsindən sonra hansı proseslər baş verəcək? Ulusal.az saytı politoloq Arzuman Muradlının fikirlərini diqətinizə çatdırır.
image-1677060887_arzuman-teze-1-2
Politoloq Arzuman Muradlı hesab edir ki, müxalifətin formalaşdırdığı “altılı masa” Cumhuriyyət Xalq Partiyasının lideri Kamal Kılıçdaroğlunu uğura apara bilmədi.
“Bunun bir neçə səbəbi var idi. Turkiyə oturuşmuş demokratik təsistlara malik ölkədir. Müxalifətin məğlub olmasının bir neçə səbəbi var ki, bunlar sözsüz seçkinin taleyini həll etdi. Birincisi, keçmiş nazirlər Əli Babacanla Əhməd Davudoğlu müxalifətə əlavə səs qazandıra bilmədilər, çox danışsalar da, Kamal Kılıçdaroğluna faydası olmadı. İkincisi, İyi Partiyanın lideri Meral Akşener ilk gündən Kamal Kılıçdaroğlunun yerinə qalib gələ bilən namizədin irəli sürülməsini istədi, hətta masadan qalxdı, ancaq onu eşidən olmadı. Üçüncüsü, “altılı masa” vahid namizəd məsələsini çox gec müəyyənləşdirdi. Dördüncüsü, Kamal Kılıçdaroğlu PKK-nın siyasi qanadı ilə ittifaqda olmadığını cəmiyyətə izah edə bilmədi və bu səbəbdən milliyətçilərin səslərini qazana bilmədi. Beşinicisi, Kamal Kılıçdaroğlunun seçki kampaniyası zamanı Türkiyə vətəndaşlarının mənfi yanaşdığı ABŞ-a səfərinin və orada keçirdiyi görüşlərin ona xeyrindən çox ziyanı oldu.” -deyə Arzuman Muradlı bildirib.
Politoloq hesab edir ki, bu məğlubiyyətdən sonra  Kamal Kılıçdaroğlu böyük ehtimalla partiyasından və siyasətdən çəkiləcək.
“Meral Akşener isə “axı mən sizi xəbərdar etmişdim ki, gəlin ya İstanbul, ya da Ankranın bələdiyyə başçısının namizədliyin irəli sürək” açıqlamasının aktuallığı artacaq və müxalifətdə çat əmələ gələcək. Buna baxmayaraq, Rəcəb Təyyub Ərdoğanın qarşısında mürəkkəb vəzifələr var. Bunlardan başlıcası iqtisadiyyatdakı geriləməni və dərinləşən inflyasiyanı durdurmaq və insanların rifah halını yüksəlməkdir. Azərbaycana gəldikdə müttəfiqlik daha da güclənəcək və bu bizə Qarabağda yerdə qalan məsələləri də həll etməyə imkan verəcək. Ərdoğanın qələbəsi erməniləri də məyus edib. Rusiya prezidenti Vladimir Putin Cənubi Qafqazda Ərdoğan faktoru ilə əvvəlkitək hesablaşacaq.”- deyə Arzuman Muradlı bildirib.
image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90