image-rt-reklam
image-1backend

“Visionary AI” layihəsi uğurla yekunlaşıb

image-728x90

10 oktyabr 2025-ci il tarixində Azərbaycan Gənclər Fondunun dəstəyi ilə həyata keçirilən “Visionary AI” layihəsi uğurla başa çatdı.

Altı ay davam edən bu layihə çərçivəsində gənclərə süni intellektin imkanlarını öyrədən 10 tədris xarakterli video hazırlanaraq sosial şəbəkələrdə yayımlandı. Layihə müddətində iştirakçılar AI əsaslı dizayn alətləri, video redaktə platformaları və kontent yaradıcılığı üsulları ilə tanış oldular. Onlar süni intellekt vasitəsilə yaradıcı ideyalarını vizuala çevirməyi və bu texnologiyanın gündəlik yaradıcılıqda necə istifadə oluna biləcəyini öyrəndilər.

“Visionary AI” layihəsi gənclər arasında rəqəmsal yaradıcılığın təşviqi baxımından mühüm addım oldu. Videolar Instagram, YouTube, Facebook və digər platformalarda geniş izlənərək minlərlə gəncə çatdı.

Layihənin müəllifi Həsənova Məlahət Elnur qızı bildirib: “Layihə zamanı gənclərin süni intellektə olan marağı və yaradıcılıq enerjisi bizi çox ruhlandırdı. Gənclər Fondu tərəfindən verilən bu dəstək sayəsində biz real təsir yarada bildik. ‘Visionary AI’ bunun yalnız başlanğıcıdır.” Azərbaycan Gənclər Fondunun dəstəyi ilə həyata keçirilən bu layihə gənclərin innovativ düşüncə, rəqəmsal biliklər və yaradıcı ifadə bacarıqlarının inkişafına töhfə vermişdir.

Gələcəkdə “Visionary AI” konsepsiyası əsasında daha geniş təlim proqramlarının təşkil olunması planlaşdırılır.

https://www.instagram.com/visionaryai.lab/
https://www.youtube.com/@VisionaryAI-y1p
https://www.facebook.com/share/16BmV3s4f2/

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90