image-2000x150
image-99b9192e6d3429fb905393487c7c0ec6backend

vİranın əsl üzü – üzsüzlüyü…

image-728x90

Fazil bəyə qarşı hücumun vaxtının təsadüfi seçilmədiyi də ta ilk saatlardan fərq edilirdi: Teror hadisəsi, İsraildə Azərbaycan səfirliyinin açıldığı, Xarici işlər nazirimizin dost ölkədə səfərdə olduğu ərəfədə törədildi. Bundan başqa, qanlı hadisənin, Azərbaycan Xüsusi xidmət orqanlarının peşə bayramı günü – 28 martda baş verməsi onu göstərdi ki, müstəqil Azərbaycan dövlətinin xüsusi xidmət orqanlarının ölkədə sabitliyi və təhlükəsizliyi peşəkar səviyyədə təmin etməsi vİranın heç xoşuna gəlmir. Necə deyərlər, gəlmir cəhənnəmə gəlsin.

Ayrıca, uzaq tarix deyil: vİran xüsusi xidmət orqanlarının respublikamızda törətdiyi terror faktlarına misal olaraq, görkəmli alim, ictimai-siyasi xadim, Millət vəkili, Akademik Ziya Bünyadovun, tanınmış yazıçı-publisist Rafiq Tağının qətlini göstərmək olar. Paytaxt Bakıda “Avroviziya” mahnı yarışması keçirilən vaxt vİranın ölkəmizdə planlaşdırdığı terror həmlələri haqqında bilgilər də artıq kimsə üçün sirr deyil. vİrandır ki vİrandır…

Azərbaycan dövlətinin öz müstəqilliyini bərpa etdikdən sonra qarşılaşdığı bütün ağır durumlarda Fars-Molla Rejiminin barmağının olduğu o taylı-bu taylı soydaşlarımızda şübhə mövzusu deyil. Bu baxımdan vİranın Azərbaycan Respublikasına münasibəti işğalçı Ermənistanın münasibətindən fərqlənməyib. 44 günlük müharibədən sonrakı dönəmdə isə rəsmi Tehran rəsmi İrəvandan daha dözümsüz, daha revanşist davranış içindədir desək yeri vardır.

Sadalananlar bir daha göstərir ki, vİrandakı hakim rejim müstəqil, dünyavi respublikamıza qarşı patoloji kin-nifrət içindədir. vİran terrorundan Yaxın Şərq, Güney Qafqaz, hətta Yunanıstan və b. Avropa ölkələri də əziyyət çəkir. Mahiyyət (mahiyyətsizlik!) etibarı ilə terrorçu olan dövlət viran olmalıdır ya yox?..

DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!

Əkbər Qoşalı
image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90