image-2000x150
image-media-img-20240317-wa0000-q3igxzsn6tyfvua1k9po-620x460backend

“Vətəninfo.az” 12 yaşını qeyd edir: Nağıldan gerçəkliyə…

image-728x90

Düz 12 il öncə Azərbaycan mediasında yeni bir sayt addımlamağa başladı. 12 il öncə başlayan nağıl kimi bir yol üçün Vətəninfo.az saytının baş redaktoru və təsisçisi Nahid Canbaxışlı çox çətinliklərdən keçdi. Qarabağ döyüşçüsü, qazi olan Nahid Canbaxışlı indi qələmlə silahlanıb döyüşdü. Çoxları bu çətin yoldan çəkiləcəyini düşünəndə Nahid dayanmadı.

“Vətəninfo.az” var olması üçün bütün çətinliklərə sinə gərdi.

İlk çətinliklərə döyüşə – döyüşə qalib gəldi Nahid.

Beləliklə layihə və təqdimatlardan tutmuş xəbər istehsalına qədər hər işə məsuliyyət və incəliklə yanaşan bir  peşəkar kollektiv formalaşdırdı. Bu həm də peşəkar kadrların seçiminə elə peşəkar yanaşmanın nəticəsi idi.

Hazırda böyük bir xəbər agentliyinə çevrilən “Vətəninfo.az” geniş içtimaiyyət arasında media orqanı olaraq nüfuz qazanıb. İstər ölkəmizdə istərsə də dünyada baş verən hadisələrə obyektiv və qərəzsiz mövqe nümayiş etdirməsi oxucuların “Vətəninfo.az” saytına böyük rəğbətini qazandırıb.

12 yaş münasibətilə bütün “Vətəninfo.az” kollektivini təbrik edir yaradıcılıqda uğurlar arzulayıram.

Doğum gününüz mübarək!

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90