image-rt-reklam
image-1backend

Vətəndaşların on minlərlə manatı oğurlandı – Kiberdələduzluq tüğyan edir

image-728x90

“Bank kartlarından kiber üsullarla oğurluqlar ötən gün 22 fakt olub”.

Ulusal.az xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin Mərbutat xidmətinin rəisi Elşad Hacıyev bildirib.

O bildirib ki, “facebook”-da “aşağı faizli kredit”-lə 7290, “kartınıza müdaxilə var, bankdandır, sığorta edilməsi” ilə 7186, satışa qoyulan boks ələcəyini almaq üçün “beh” göndərilməsi ilə 5180 manat olmaqla vətəndaşların bank kartı məlumatları aldadılıb alınmaqla pulları oğurlanıb.

“Digər faktlar üzrə məbləğlər – 1240, 1500, 155, 1500, 418, 850, 1200, 238, 21, 75, 1790, 712, 455, 2999, 2000, 900, 1640, 42, 200 manat təşkil edib. Aldatma tələləri fərqli olsa da, oğurluqlar eyni kiber üsullarla törədilib”, – E.Hacıyev vurğulayıb.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90