image-rt-reklam
image-1backend

Vətəndaşlar Qorxmaz Hüseynovun atasına rəhmət oxuyur: Zaur Mikayılov yenə imtahandan kəsildi?

image-728x90
 Bir zamanlar “Azərsu” Açıq Səhmdar Cəmiyyəti (ASC) var idi. Hər kəs bu cəmiyyəti hədəfə almışdı. Hamı bilirdi ki, bu qurumun rəhbəri Qorxmaz Hüseynovun var-dövlətindən, tikdirdiyi imarətdən söz açırdı. Medianın manşetlərini Qorxmaz Hüseynovun villasının görüntüləri bəzəyirdi. Düşünürdük ki, Qorxmaz Hüseynov vəzifədən azad edildikdən sonra bu qurumda hər şey yoluna düşəcək.
Düşündüyümüz baş verdi. Yox, hər şey fikirləşdiyimiz kimi olmadı. Qorxmaz Hüseynov vəzifədən azad oldu və “Azərsu” Açıq Səhmdar Cəmiyyəti ləğv edildi, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yarandı və onun tabeliyində  İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti yaradıldı. Bizdə bir məsəl var. Gələn gedənin dədəsinə rəhmət oxutdurur. Çox çəkmədi ki, insanlar Qorxmaz Hüseynovun dədəsinə rəhmət oxumağa başladılar. Özü də elə rəhmət oxuyurlar ki, sanki Qorxmaz Hüseynov səcdəgah olub.

 

Bakı iki dəfə yağan yağışdan üzüağ çıxa bilmədi. 2024-cü ilin oktyabrın 21-də Bakıda güclü yağışdan sonra “Sabunçu keçidi” kimi tanınan ərazidə iki nəfər batdı. Əgər bu hadisə hansısa ölkədə baş versəydi, cavabdeh qurumun rəhbəri istefaya gedər, məsuliyyəti öz üzərinə götürərdi. Amma elə olmadı. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov buna görə nə efirə çıxdı, nə də bir açıqlama verdi. Heç isti yerini soyuq eləyib, hadisə yerinə də getmədi.

Mətbuata ötürdükləri açıqlamalarda bildirdilər ki, problemlər həll ediləcək və daha yağış heç bir fəsad törətməyəcək. Amma qıza müddət sonra Bakıya yağan güclü yağış bu qurumların fəaliyyətsizliyini bir daha ortaya qoydu.Bir neçə gün öncə Bakıya yağan güclü yağış bütün problemləri qabartdı. Məlum oldu ki, İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti nəinki qışa, heç yaza da, yaya da, payıza da hazır deyil. O da məlum oldu ki, milyonlarla manat vəsait ayrılan Bakının kanalizasiya xətləri əslində kağız üzərində çəkilib. Allahdan yağış çox yağmadı. Yoxsa Bakı sular içərisində qərq olacaqdı.

İnsanlar artıq nağıllara inanmır. Elə Zaur Mikayılovun rəhbərlik etdiyi qurum da nağıldan real işə keçməlidir.

Qoşqar Salmanlı

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90