image-rt-reklam
image-1backend

Vətəndaşın əlindən avtomobil məcburi alınacaq?- Ekspert utilizasiya ilə bağlı qərardan danışdı

image-728x90

Nəqliyyat vasitələrinin utilizasiya haqqının məbləği, utilizasiyaya verilən nəqliyyat vasitəsi üçün tətbiq edilən güzəştin məbləği və birdəfəlik ödənişin həcmi təsdiqlənib.

Nazirlər Kabineti bu barədə qərar verib. “Nəqliyyat vasitələrinin utilizasiya haqqının məbləği” 2024-cü il fevralın 1-dən, “Utilizasiyaya verilən nəqliyyat vasitəsi üçün tətbiq edilən güzəştin məbləği və birdəfəlik ödənişin həcmi” 2024-cü il sentyabrın 1-dən qüvvəyə minir.

Traktorlar, həmçinin meşə və kənd təsərrüfatında istifadə edilən, siyahısı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 14 avqust tarixli 187 nömrəli Qərarı ilə müəyyən edilən mexaniki nəqliyyat vasitələri üçün utilizasiya haqları isə 2024-cü il fevralın 1-dən 2 (iki) il müddətinə 50 (əlli) faiz həcmdə tətbiq ediləcək.

Qeyd edək ki, avtomobillərin utilizasiyası ilə bağlı uzun müddət idi ki, müzakirələr aparılırdı. Utilizasiya məbləğləri ilə bağlı narazılıq edənlər də az deyildi. Bu qərar nəyi dəyişəcək?

Nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov mövzu ilə bağlı  fikirlərini açıqladı: “Bu gün ölkəmizdə xeyli sayda istifadədə olmayan nəqliyyat vasitələri var ki, onların sahibləri onu istifadə etmirlər, kənarda saxlayırlar. Həmin nəqliyyat vasitəsinin saxlanılması eko sistemə böyük ziyan vurur, ətraf mühitə zərərdir. Ona görə utilizasiya proqramının həyata keçirilməsi həm də sıradan çıxmış avtomobillərin dövriyyədən çıxarılmasıdır. Bu qərardan sonra ölkəmizin avtomobil parkı yenilənməyə doğru gedəcək. Köhnə avtomobillər, istifadədə olmayanlar dövriyyədən çıxarılacaq. Onu da deyim ki, utilizasiya proqramı məcburi deyil, vətəndaşın əlindən avtomobil məcburi alınmayacaq, könüllülük əsasında həyata keçiriləcək. Vətəndaş istismar etmədiyi avtomobili sərbəst utilizasiyaya verə biləcək. Bunun müqabilində o, pul və pul ekvivalentində vauçer çekləri əldə edəcək. Vauçerlə rəsmi avtomobil salonlarına yaxınlaşdıqda ona güzəşt ediləcək. Bu güzəşt məsələsi də qanunda artıq təsbit edilib. Vauçerlə gələn vətəndaşa satış mərkəzləri mütləq endirim etmək məcbutiryyətindədirlər. Endirim etməyən mərkəzlərə qarşı sanksiyalar tətbiq ediləcək. Bunlar artıq qanunla müəyyənləşdirilir”.

Ekspert əlavə edib ki, utilizasiya rüsumları sırf köhnə avtomobillərə görə alınır: “Ölkəyə idxal olunan köhnə avtomobillərə görə ili 4 ildən çox olanlara görə 400 manat, ili 7 ildən çox olanlara görə 700 manat alınır. Ölkə daxilində istismar olunan köhnə avtomobillərə görə texniki baxış zamanı məbləğ səhv etmirəmsə, 10 manatdan başlayır. Bəri başdan utilizasiya rüsumları toplanır, utilizasiya fondu yaradılır, daha sonra vətəndaş nəqliyyat vasitəsini utilizasiyaya göndərəndə ondan hər hansı bir haqq alınmır. Burada ədalətlilik prinsipi qorunur”.Musavat.com

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90