image-rt-reklam
image-1669291390_sedaqet-nyubackend

Vətəndaş rifahının təmin olunması Prezident İlham Əliyevin diqqət mərkəzindədir

image-728x90

Vətəndaş rifahının təmin olunması, əhalinin sosial müdafiəsinin gücləndirilməsi hər zaman cənab Prezident İlham Əliyevin və Azərbaycan dövlətinin xüsusi diqqət mərkəzində olmuşdur. Özünü sosial dövlət kimi təsdiq edən Azərbaycanda insan amili dövlət siyasətinin mərkəzində dayanır və bu kateqoriyadan olan məsələlər dövlətimiz tərəfindən ən başlıca vəzifə kimi qarşıya qoyulmuşdur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev dəfələrlə öz çıxışlarında vətəndaşların sosial-rifah halının daha da yaxşılaşdırılmasının dövlət siyasətimizin mərkəzində dayandığını qeyd etmişdir. Ölkə başçımız tərəfindən həyata keçirilən sosialyönümlü tədbirlər cənab Prezidentimiz İlham Əliyevin sözü ilə əməli arasındakı vəhdətin növbəti bariz sübutudur.

Bu ilin yanvar ayının 5-də Prezidet İlham Əliyev tərəfindən «Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında» sərəncam imzalanmışdır. İmzalanmış Sərəncam, həyata keçirilən sosial islahatların davamı olaraq əhalinin sosial müdafiəsinin qorunmasına xidmət edən növbəti sərəncamdır. Müvafiq Sərəncama əsasən, 2023-cü ilin yanvarın 1-dən etibarən minimum aylıq əməkhaqqı 15 faiz artırılaraq 345 manata yüksəlmiş, minimum pensiya isə 280 manata çatdırılmışdır. Eyni zamanda Sərəncamda müavinət və təqaüdlərin artırılması da nəzərdə tutulmuşdur. Ümumilikdə bu il sosial ödənişlərdə yeni artımlar üçün əlavə 750 milyon manat vəsait nəzərdə tutulmuşdur. Həmin artımlar 1,9 milyon vətəndaşı əhatə edəcək. Son 4 ilə nəzər saldıqda sosial sahədə inqilabi islahatların tərkib hissəsi olaraq, minimum əməkhaqqı 2,7 dəfə artırılaraq 130 manatdan 345 manata, minimum pensiya 2,5 dəfə artırılaraq 110 manatdan 280 manata çatdırılıb.

Bu gün ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan dövləti tərəfindən həyata keçirilən sosial siyasət nəticəsində ölkəmiz dünya miqyasında sürətli inkşafı və sabitliyi ilə yanaşı özünü sosial dövlət kimi təsdiq etmişdir. Azərbaycan xalqı xoşbəxt xalqdır ki, onun ölkəmizin xoşbəxt gələcəyi üçün gecə-gündüz yorulmadan çalışan və vətəndaşların sosial rifah halının yüksəldilməsini həyat amalına çevirən İLHAM ƏLİYEV kimi rəhbəri var.

Sədaqət Vəliyeva

Millət vəkili

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90