image-2000x150
image-media-bash-foto-oixus1njg3p4fv7l5ebwbackend

Vətən müharibəsinin ağstafalı könüllüsü, qazimiz Samir Mirzəyevin toy mərasimi keçirilib

image-728x90

Ağstafa rayonunun Kolxəlfəli kəndindən olan Vətən müharibəsinin könüllü döyüşcüsü, qazi Samir Namiq oğlu Mirzəyevin toy mərasimi keçirilib. Qəhrəman qazimizin doğma evində təşkil olunan toy mərasimində ailəsi, yaxınları, ağstafalı şəhid aiələrinin üzvləri, qazilərlə birlikdə Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov, müavinləri, hüquq-mühafizə orqanlarının rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Əvvəlcə ökəmizin azadlığı və suverenliyi uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himnimiz səsləndirilib. RİH başçısı çıxış edərək, qazimizə və onun ailə həyatı qurduğu xanımına ən xoş arzularını çatdıraraq qeyd edib ki, onun Vətən müharibəsinin ilk günündən Şanlı Ordumuzun sıralarına könüllü qatılıb sonadək döyüşməsi və Şuşanın azadlığı uğrunda gedən şiddətli döyüşlərdə Vətən üçün canını siphər edib sağlamlığından keçməsi ən böyük qəhrəmanlıq nümunəsidir. Öz növbəsində 44 günlük Vətən müharibəsində “İgidliyə görə”, “Şuşanın azad olunmasına görə” və “Vətən uğrunda” medalları ilə təltif olunan 27 yaşlı qazimizin valideynləri ölkəmizdə şəhid ailələrinə və müharibə iştirakçılarına göstərilən yüksək diqqət və qayğıya görə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər. Xalqımızın əziz Novruz bayramı gününə təsadüf edən toy mərasimi əsl el şənliyinə çevrilib.

image-media-22-03-23-3-8bnxji75l9q2pc0as3k1 image-media-22-03-23-4-9v324xoi7bjzsa8lthm6 image-media-bash-foto-oixus1njg3p4fv7l5ebw image-media-22-03-23-2-ybmp23cljeua8xio0fz4-620x405

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90