image-rt-reklam
image-5backend

Vətən müharibəsi zamanı şəhid olmuş Sərxan Məmmədovun anım mərasimi keçirilib

image-728x90
44 günlük Vətən müharibəsi zamanı Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərkən şəhid olmuş Daşkəsən rayonun Qabaqtəpə kənd sakini Məmmədov Sərxan Sahil oğlunun anım mərasimi keçirilib.
Mərasimdə Daşkəsən Rayon İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının rəhbərləri və məsul işçiləri, şəhidin ailə üzvləri, şəhid ailələri, qazilər, rayon sakinləri iştirak ediblər.
Əvvəlcə şəhidin doğmaları ilə birlikdə şəhidin məzarı ziyarət edilib, onünə gül dəstələri düzülüb, ruhuna dua oxuyub.
Daşkəsən Rayon İcra Hakimiyyəti Başçısının səlahiyyətlərini müvəqqəti icra edən Vüqar Məmmədov Vətən naminə canını fəda edən, torpaqlarımızın ərazi bütövlüyü yolunda öz qanı ilə adlarını şəhidlik zirvəsinə yazan igid oğullarımıza Allahdan rəhmət, ailələrinə səbr diləyib.
O, bildirib ki, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə düşmənə ağır zərbə vuran, düşmənə layiqli dərs verən, adlarını qəhrəmanlıq salnaməsinə yazmaqla Vətənin bölünməzliyinə imza atan şəhidlərimizin adını uca tutmaq, əbədiləşdirmək, onların doğmalarına, ailə üzvlərinə təskinlik verərək diqqət və qayğı göstərmək hər birimizin vətəndaşlıq borcumuzdur. Hər birinin həyatı bir qəhrəmanlıq dastanı olan şəhidlərimizlə qürur duyur, onların ruhunu ehtiramla yad edirik.
V.Məmmədov Azərbaycan Respublikası möhtərəm Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin 20 illik hakimiyyəti dövründə apardığı məqsədyönlü daxili və xarici siyasətindən, respublikamızın inkişafından, düşmən üzərində qazanılan şanlı qələbədən, ölkə rəhbərinin antiterror əməliyyatlarından sonra işğaldan azad olunmuş ərazilərdə-Xankəndində, Ağdərədə, Xocalıda, Xocavənddə Azərbaycan Bayrağını dalğalandırmasından, Ali Baş Komandanla bütün xalqımızın qürur duymasından da danışıb, qalib ölkənin qalib vətəndaşı olmağın gözəl hiss olduğunu vurğulayıb.
Şəhidin ailə üzvləri şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.
Məmmədov Sərxan Sahil oğlu 09 may 2001-ci ildə Daşkəsən rayonunun Qabaqtəpə kəndində dünyaya gəlib. 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Xocavənd döyüşlərində vuruşub. Sərxan Məmmədov noyabrın 3-də gərgin döyüşlər zamanı şəhid olub. 04.11.2020-ci il tarixdə Daşkəsən Şəhidlər Xiyabanında dəfn edilib. Subay idi.
image-1 image-2 image-3 image-4 image-5
image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90