O, Sumqayıtda yaşayır.
Nənəsi Filara İsmayılova yazır:
“Sən dünyaya gələn gün atan yenə təlimdəydi, heç zəng də vura bilmirdik. Bir neçə gün sonra təlimdən qayıtdı, amma yenə səni görə bilmirdi, çünki işdən rayona gələ bilmirdi, iş çox idi. Nəhayət gəldi, səni atanın qucağına verdik, sənə bir möcüzə kimi baxırdı. Amma gözləri gülürdü, xoşbəxt idi, gözü dolmuşdu. Səni çox sevdi, lap çox…
Bu gün sənin doğum günündür, Əsmətim. Bilirəm, hər şey boş… Sən atanı, onun sənə aldığı çiçəkləri gözləyirsən. Sonuncu dəfə 2020-ci il, 19 sentyabrda səninlə ad gününü qeyd etdi, hətta səninlə rəqs də etdi.
O bu gün də səninlədir, səni görür, böyüməyinə, uğurlarına sevinir. Mələklər günün mübarək, qara gözlüm, hər halıyla atasına bənzəyənim… Çox xoşbəxt ol… Atdığın hər addımına qurban olduğum…”
Təbriklərə biz də qoşuluruq!