Dekabrın 21-də səhər saatlarında Fizuli rayonu Fin şəhərciyi yaxınlığında ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Ulusal.az-a bildirilib ki, 1984-cü il təvəllüdlü Araz Nəzərov idarə etdiyi “Mercedes” markalı avtomobili aşırması nəticəsində özü və sərnişini 1989-cu il təvəllüdlü İlkin İmdadlı hadisə yerində ölüblər.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, Araz Nəzərov Goranboy rayonunun Qızılhacılı qəsəbəsindədir.
Ali təhsilli, hərbçi, Mayor, ailəli idi.
Araz Nəzərov Vətən Müharibəsinin iştirakçısı idi. Döyüşlərdə göstərdiyi qəhrəmanlığa görə bir neçə medalla təltif edilmişdi.
O, həm də Goranboy rayon İcra Hakimiyyəti başçısının Birinci müavini Seymur Nəzərovun qardaşı idi.
Allah rəhmət etsin!