image-rt-reklam
image-1backend

Vəsiqəsiz maşın sürən qazi 34 minlik cərimə yığdı, “xəbərim yoxdur” deyib silinməsini tələb etdi – VİDEO

image-728x90

Vətən müharibəsi iştirakçısı qazi Rəşad Əhmədli televizyaya 34 min cərimə borcunun yaranması ilə bağlı şikayət edib. O deyib ki, sürücülük vəsiqəsi olmadığı üçün yol polisi tərəfindən ”Nəvai” postunda saxlanılıb və Xırdalan şəhərində yerləşən Baş Dövlət Yol Polisi İdarəsinə (BDYPİ) göndərilib. İdarədə sürücülük vəsiqəsi olmadığı üçün adına yığılan cərimələrin ümumi məbləğinin 34 min olduğunu öyrənən qazi bildirib ki, indiyə qədər əlillərə sürücülük vəsiqəsi verildiyindən məlumatsızdır.

Ulusal.az xəbər verir ki, qazi Rəşad Əhmədlinin sözlərinə görə, onun adına cərimələrin yazıldığından xəbərdar olsaydı, ikinci dəfə bu xətaya yol verməzdi. Yəni bu adam guya vəsiqəsiz maşın sürməyin qadağan olunduğunu bilməyib, “sürət həddini aşmaq, kobud qayda pozuntularına yol vermək olmaz” anlayışından xəbərsiz imiş. Ona görə də, qazi Rəşad Əhmədli cərimələrin silinməsini tələb edir.

“Bu günə kimi heç bir yol polisi məni saxlayıb deməyib ki, bu qədər cəriməm var, ya da “pravam” yoxdur. Maşınım cərimə meydançasına aparıldığı gündən bu yana cərimələrimin üstünə faiz gəlir. Qayda pozuntusu etmiş ola bilərəm, amma birinci dəfə cərimə olunsaydım, bir daha buna yol verməzdim”, – deyə şikayətçi əlavə edib.

O bu vaxta qədər sürücülük vəsiqəsi almamasına isə belə bəhanə gətirib: “Elə bilirdim ki, əlillərə “prava” verilmir. Amma nazirliyin icazə kağızı ilə sürücülük vəsiqəsi almaq olurmuş”.

Baş DYP İdarəsinin baş inspektoru, polis baş leytenantı Elvin Hacıyev Avtosfer.az-a bildirib ki, vətəndaş Əhmədli Rəşad Taleh oğlunun sözügedən məsələ ilə bağlı müraciəti İdarədə nəzarət qaydasında araşdırılıb:

“Araşdırma zamanı Əhmədli Rəşad Taleh oğlunun törətdiyi yol hərəkəti qaydaları əleyhine olan hüquq pozmalari ilə bağlı yaranmış cərimə öhdəliklərinə xitam verilməsinə dair hüquqi əsaslar müəyyən olunmayıb.

Qeyd edim ki, İnzibati Xətalar Məcəlləsinin 7.1-ci maddəsinin tələbinə əsasən, inzibati xəta törətmiş şəxslər irqindən, milliyətindən, dinindən, əqidəsindən və qulluq mövqeyindən aslı olmayaraq qanun qarşısında bərabərdirlər. Bu maddə ilə nəzərdə tutulmuş əsaslara görə heç kəs inzibati məsuliyyətə cəlb oluna və inzibati məsuliyyətdən azad ola bilməz”.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90