image-rt-reklam
image-1backend

Ventilyatordan istifadə edənlərin NƏZƏRİNƏ: Ölümcül xəstəliklərə səbəb ola bilər

image-728x90

Sidney Universitetində aparılan araşdırma həddindən artıq isti havada ventilyatordan istifadənin infarkta səbəb ola biləcəyini üzə çıxarıb.

Ulusal.az xəbər verir ki, bu barədə “Daily Mail” məlumat yayıb.

Bildirilib ki, tədqiqatda isti və rütubətli mühitlərdə ventilyatordan istifadənin bədən istiliyinə, ürəyə və tərləməyə təsirini araşdırmaq üçün 20 könüllüdən istifadə edilib.

Tədqiqatın nəticələri göstərib ki, ventilyatorlar ürəyin gərginliyini artırır və potensial olaraq infarkta səbəb olur. Həmçinin vurğulanıb ki, ventilyatordan istifadə tərləmə nisbətini 60 faiz artırır.

“Həddindən artıq istidən ölən bir çox insanların evlərində kondisioner yoxdur, lakin onların ventilyatorları var. Ventilyatorlar 39-40 dərəcədən yuxarı olan temperaturlarda bədən istiliyini və ürəyin gərginliyini azalda bilər. Lakin hava bu temperaturdan yuxarı olduqda söndürülməlidir, çünki bədən həddindən artıq qızır və tərləmə ilə özünü lazımi dərəcədə soyuda bilmir”, – deyə tədqiqatın müəlliflərindən biri Konnor Qraham xəbərdarlıq edib.

Qeyd edək ki, araşdırma “Emergency Medicine” jurnalında dərc olunub.publika.az

 

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90