Tanış olun. Cey Vens, ABŞ-ın yeni vitse-prezidenti, bəlkə də gələcək prezidenti. Ata xətti məlum deyil, amma onu ana şəcərəsindən erməni olan nənəsi böyüdüb.
Ulusal.az xəbər verir ki, bunu erməni siyasətçi Armen Alaverdyan deyib.
“Bu qadının babasının adı Vandan ABŞ-a köçən Civan Vanesyan olub və nəvəsinə də Civan Vanesyanın adını qoyub”, – Alaverdyan bildirib.
Qeyd edək ki, ABŞ-ın yeni vitse-prezidentinin “erməni kökləri” haqda heç bir bilgi yoxdur.