image-2000x150
image-sullivanbackend

Vaşinqton da təsdiqlədi: Bakı və İrəvan arasındakı danışıqlarda…

image-728x90

Vaşinqton Bakı və İrəvanın danışıqlarda əldə etdiyi irəliləyişi alqışlayır.

Ulusal.az xəbər verir ki, bunu ABŞ-ın milli təhlükəsizlik müşaviri Ceyk Sullivan deyib.

“Biz Azərbaycan və Ermənistanın danışıqlarda əldə etdiyi irəliləyişi alqışlayırıq və dialoqun davam etdirilməsini təşviq edirik. Davamlı və ədalətli razılaşma hər iki ölkə və bütövlükdə region üçün imkanların açılmasının açarı olacaq”, – Sullivan “Tvitter” hesabında yazıb.

Qeyd edək ki, ABŞ-ın milli təhlükəsizlik müşaviri Ceyk Sullivanın vasitəçiliyi ilə mayın 3-də Vaşinqtonda Ermənistan və Azərbaycanın xarici işlər nazirləri Ararat Mirzoyan və Ceyhun Bayramov arasında danışıqlar başlayıb.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90