2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikasının Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərdə 80 saylı Lerik-Astara seçki dairəsindən deputatlığa namizəd Vasif Qafarovun təbliğat-təşviqat kompaniyası davam edir.
Vasif Qafarov avqustun 16-da Veri, Veri-Əliabadı, Tikəband və Davradibi kəndlərində seçicilərlə görüşlər keçirib. Görüşlərdə Vasif Qafarov çıxış edərək öz platformasının əsas müddəalarını açıqlayıb və seçiciləri narahat edən problemlərdən danışıb.
Seçicilər Vasif Qafarova dəstək ifadə edərək parlament seçkilərində fəal iştirak edib, onu dəstəkləyəcəklərini bildiriblər.
Qeyd edək ki, Vasif Qafarov 25 yanvar 1982-ci ildə Lerik rayonunun Cəngəmiran kəndində anadan olub. Tarix elmləri doktoru, AMEA-nın A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun baş elmi işçisidir.