image-rt-reklam
image-vardanyanbackend

Vardanyan Xankəndidən getdi – Nə baş verir?

image-728x90

Təxminən on gün əvvəl Xankəndidəki separatçıların başçısı Araik Arutyunyan görüşlər keçirmək üçün Rusiyaya gedib.

Bu barədə Ermənistanın “Hraparak” qəzeti məlumat yayıb.

Nəşr qeyd edir ki, Arutyunyanın səfərdə məqsədi Rusiyanın Qarabağ məsələsi ilə bağlı son mövqeyini öyrənmək olub. Mənbə baş separatçının artıq Xankəndidə olduğunu, üç-dörd gün əvvəl qayıtdığını da bildirib.

Arutyunyanın ardınca separatçı rejimin “dövlət naziri” Ruben Vardanyan da Moskvaya gedib. Onun indi də Rusiyanın paytaxtında olduğu deyilir.

Vardanyanın qayıdıb-qayıtmayacağı haqda heç nə bildirilməyib.

Separatçıların Rusiya sülhməramlılarının avtomobillərində gizlənərək Xankəndidən çıxdıqları güman edilir.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90