İngiltərə Premyer Liqasında VAR sistemi ləğv edilə bilər.
Ulusal.az xəbər verir ki, “Vulverhempton” klubu rəsmi olaraq liqa rəhbərliyinə bununla bağlı müraciət edib.
Göndərilən məktubda VAR-ın neqativ təsirlərindən yazılıb. Klub üzvlərinin fikrincə, VAR futbolçuların qolu normal şəkildə bayram etməsinə mane olur, oyunun uzanmasına gətirib çıxarır, səhvlərin qarşısını almır və hakimlərin məsuliyyətini aşağı salır.
İyunun 6-da klublar bununla bağlı səsvermədə iştirak edəcək. VAR-ın ləğv edilməsi və ya dəyişdirilməsi üçün 20 klubdan 14-nün səsi lazımdır.