” 44 günlük Vətən müharibəsində “Vaqner” muzdlu qruplaşmasının üzvləri Qarabağda erməni qoşunlarının tərkibində döyüşürdü. Bununla bağlı informasiyalar da yayılmışdı. Həmçinin qruplaşma üzvləri Suriya, Liviya, Çad və Ukraynadakı müharibələrdə iştirakı faktdır.” – Bu fikirləri Ulusal.az-a açıqlamasında politoloq Arzuman Muradlı bildirib.
Politoloq bildirib ki, “Vaqner”in Rusiyada xaos yaratmaq və Kremllə qarşıdurması fonunda rusiyalı muzdluların erməni separatçılarıyla bağlılığı diqqəti çəkib. ““Vaqner” qruplaşmasının keçmiş üzvlərindən Viktor Oqnev İkinci Qarabağ müharibəsindən bir neçə gün sonra Rusiyanın “Novaya qazeta” qəzetinə verdiyi müsahibədə “Vaqner”in 500 muzdlusunun Qarabağa gəldiyini və bölgənin şimalında Azərbaycan ordusuyla savaşdığını bildirmişdi. Təkcə bu fakt kifayət edir ki, Vaqner qruplaşmasının dünyada terrora dəstək verməsini sübut edir” – deyə Arzuman Muradlı bildirib.






















