image-2000x150
image-1backend

“Vaqif, adamın kişiliyi olar, boynuna al” – MƏHKƏMƏ

image-728x90

Qanunsuz erməni silahlı birləşmələrinin tərkibində Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilən Xaçaturyan Vaqif Çerkezoviçin cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilir.

Ulusal.az xəbər verir ki, proses zamanı zərərçəkmiş şəxs qismində Alış Alışov dindirilib.

O, Vaqif Xaçaturyanın da tərkibində olduğu 1000-dən çox şəxsin Meşəli kəndinə hücuma keçdiyini bildirib.

“Badara kəndinin hamısı üstümüzə gəldi. Vaqif, Armais və digərləri orada idi. Kənd sakini Qəniməti balta ilə vurdular. Vaqifi şəxsən gördüm. Qəniməti baltalayandan sonra hətta güllələyiblər. Vaqif indi boynuna almasa da, şəxsən özü də, qardaşı da, yaxınları da Meşəli hadisələrində iştirak edib. Mən Məşəli məktəbinin direktoru olmuşam. Vaqif məni yaxşı tanıyar”, – şahid bildirib.

Vaqif Xaçaturyan hadisə günü orada olmadığını bildirsə də, Alış Alışov onu şəxsən gördüyünü bildirib.

“Onu Sadayın evinin qabağında gördüm. Yaşlı anamı da snayper vurub öldürdü. Bizim kəndi ilk “Alazan”la vurdular. Çörəyimizi yeyənlər bizə xəyanət elədilər. Kəndimizi mühasirəyə alşmışdılar. Bircə Laçın istiqamətinə piyada yolumuz qalmışdı. Ev-ev, küşə-küçə döyüşlər getdi. İndi boynuna almırsan, Vaqif, adamın kişiliyi olar, boynuna al. Kəndimizdən 25 nəfər şəhid oldu, çoxusunun da meyitini yandırmışdılar. Bu dəhşətli faciə heç yerdə görülməmişdi. Ernest, Armais, Salvik, Vaqif Badara erməniləri idi, hadisələrin başında bunlar dururdu”.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90