image-rt-reklam
image-1backend

“Valideynlərlə görüş keçirilib, onlara xəbərdarlıq edilib” – Şagirdlərin avto-yürüşü ilə bağlı 6 saylı məktəb-liseydən açıqlama

image-728x90

Tofiq İsmayılov adına 6 saylı məktəb-lisey şagirdlərin lüks avtomobillərlə Bakı küçələrində avto-yürüş etməsi barədə açıqlama yayıb.

Qurumdan  göndərilən məlumatda bildirilir:

“Sosial şəbəkələrdə 6 nömrəli məktəb-liseyin şagirdlərinin təhsil müəssəsisənin həyətinə avtomobillə icazəsiz daxil olmalarını əks etdirən görüntülər yayılıb. Məsələ ilə bağlı araşdırma aparılıb. Bildiririk ki, iyunun 8-də səhər saat 05:00 radələrində təhsil müəssisəsinin 11-ci sinif şagirdləri valideynlərinə məxsus maşınlarla icazəsiz şəkildə məktəbin ərazisinə daxil olub və çəkiliş ediblər. Daha sonra həmin videoları sosial şəbəkədə paylaşıblar. Qeyd edirik ki, hadisə dərs günü deyil, həftənin şənbə günü baş verib.

Məktəblilərin valideynləri ilə görüş keçirilib, onlara xəbərdarlıq edilib və müvafiq qurumlar məlumatlandırılıb. Hazırda araşdırma davam edir”.

Xatırladaq ki, bu barədə “AzPolitika” “Tik-Tok” sosial şəbəkəsində yerləşdirilən görüntülərə istinadla xəbər yayıb. Payılaşılan videoda məktəbin bu il məzun olacaq şagirdlərinin 10-dan artıq “Rang Rover, “Porshe”, “Cadillak”, “Lexus”, “Toyota” kimi bahalı markalı avtomobillərdə qəza işıqlarını yandıraraq şəhər küçələrində şütüyüb, əylənir, bir-birləri ilə ötüşürlər.

Bakı Şəhər Dövlət Yol Polisindən “AzPolitika”-ya yayılan video görüntülərin araşdırılacağı bildirilib.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90