image-rt-reklam
image-1backend

Valideynlərə XƏBƏRDARLIQ: Uşaqlara qaynamamış su içirtməyin!!!”

image-728x90

Məktəblərdən valideynlərə xəbərdarlıq edilib.

Məktəblərdə valideyn qruplarına uşaqlara qaynanmamış su içirilməməsi barədə ciddi xəbərdarlıq göndərilib.

Eyni zamanda həkimlər tərəfindən valideynlərə göndərilən səsli mesajlarda bildirilib ki, su ilə ciddi xəstəliyin yayılır, uşaqlara adi, qaynanmamış su verilməsin.

Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən AzVision.az -ın sorğusuna cavab olaraq bildirilib ki, qurum tərəfindən mərkəzləşdirilmiş qaydada içməli suyun tərkib göstəricilərinin yoxlanılması ilə bağlı mütəmadi olaraq monitorinqlər keçirilir.

“Monitorinqlərin nəticələrinə əsasən, “Azərsu” ASC tərəfindən əhaliyə verilən içməli suyun tərkib göstəriciləri qüvvədə olan dövlət standartları və normativlərinə cavab verir” .

“Azərsu” ASC-nin mətbuat katibi Anar Cəbrayıllı bildirib ki, suda heç bir kənarlaşma halı yoxdur: “Monitorinqlər aparılıb və suda hər hansı mikrob və virus olması halı aşkarlanmayıb. Kimsə yalandan sosial şəbəkədə səs yayıb, insanları yalandan təşvişə salır”.

Qeyd edək ki, Bakı və bir sıra rayonlarda uşaqlar arasında qızılca, göyöskürək və sarılıq (HepatitA) xəstəliyinin geniş yayılması sosial şəbəkələrdə günlərdir müzakirə olunur.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90