Mərkəzi Urmiyə şəhəri olan Qərbi Azərbaycan Vilayətinin valisi Məhəmməd Sadiq Mötəmediyanın ölkədən külli miqdarda pul çıxararkən yaxalandığı xəbəri yayılıb. Ulusal.az xəbər verir ki, həmin məlumatın mənbəyi “İran İnternational” telekanalıdır.
Kanalının yaydığı xəbərə görə, Qərbi Azərbaycan vilayətinin valisi sərhəddi dolu çanta pulla keçərkən həbs olunub. Həmin xəbərə görə, vali ölkədən qaçmağa cəhd edibmiş.
Lakin rəsmi Tehran məlumatı təkzib edib.