image-2000x150
image-1682408165_dsc_9647_1624631850backend

Vahid Əhmədovun işinə İntizam Komissiyasında baxılacaq – Spikerdən tapşırıq

image-728x90

Milli Məclisdə deputat Vahid Əhmədovun işinə İntizam Komissiyasında baxılması təklif edilib.

Vətəninfo.az xəbər verir ki, bu barədə Milli Məclisin sədri Sahibə Qafarova tapşırıq verib.

“Deputat Vahid Əhmədovla bağlı məsələnin İntizam Komissiyasında baxılmasını tapşırıram”,- deyə sədr bildirib.

Milli Məclisin deputatları sədrin tapşırığını dəstəkləyib.

Qeyd edək ki, bir neçə gün əvvəl deputat Vahid Əhmədov internet televiziyalarından birinə müsahibə verib. Onun Milli Məclislə bağlı səsləndirdiyi fikirlər deputatların etirazına səbəb olub.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90