image-rt-reklam
image-6backend

Üzeyir Hacıbəyli XVI Beynəlxalq Musiqi Festivalının bağlanış konserti keçirilib (FOTO)

image-728x90

M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində Üzeyir Hacıbəyli XVI Beynəlxalq Musiqi Festivalı çərçivəsində konsert keçirilib.

Ulusal.az xəbər verir ki, dirijor Azərbaycan Respublikasının Əməkdar artisti Əyyub Quliyevin rəhbərliyi, Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin müşayiəti ilə solistlər – Azərbaycan Respublikasının Xalq artisti Murad Adıgözəl-zadə (piano), Azərbaycan Respublikasının Əməkdar artisti Elvin Hoca Qəniyev (violin), Dmitri Sitkovetski (violin, Böyük Britaniya) öz bənzərsiz ifalarını dinləyicilərə təqdim edib.

Proqramda P.İ.Çaykovski “Romeo və Cülyetta” uvertüra-fantaziyası, E.Korngold violin və orkestr üçün konsert D dur (op.35, Bakıda ilk ifa), F.Mendelssohn-Bartholdy violin, piano və simli orkestr üçün ikili konsert d moll, Q.Qarayev “Yeddi gözəl” baletindən “Adagio” və “Vals” (violin, piano və orkestr üçün işlənmə) səsləndirilib.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90