image-rt-reklam
image-1backend

Uzaq Şərqdə gərginlik PİK HƏDDƏ – Çin müharibə hazırlıqlarına START VERDİ

image-728x90

Xəbər verdiyimiz kimi, ABŞ kəşfiyyatı Çinin Tayvana hücuma hazırlaşdığını iddia edib. Belə ki, ABŞ hərbi kəşfiyyatının “məxfi hesabatı”nda Çin ordusunun Tayvana müdaxilə planları ilə bağlı yeni məlumatlar yer alıb.

Məlumata görə, Pekin bu məqsədlə ölkənin kommersiya bərə donanmasını sürətlə genişləndirir. Xüsusilə bəzi gəmilərin tankların daşınması və amfibiya əməliyyatlarında iştirakı üçün modifikasiya olunduğu bildirilir.

Çinin Tayvanla bağlı hərbi əməliyyata başlaması, əvvəlcə MKİ tərəfindən 2027-ci ilə proqnozlaşdırılandan daha yaxın görünür.

Qeyd edək ki, Ukrayna-Rusiya müharibəsi başlayandan üzü bəri Çinin də mövcud vəziyyətdən istifadə edərək, Tayvana müdaxilə edəcəyilə bağlı fikirlər səslənir. Hətta bir müddət tərəflər arasında müəyyən gərginlik də yaşandı.

Düzdür, bu gərginlik hələlik müharibəyə gətirib çıxarmayıb. Amma görünən odur ki, Pekin adanı yenidən özünə qatmaqda israrlıdır və bunun üçün də əlverişli məqamı gözləyir. ABŞ isə Tayvanı ayrıca dövlət kimi tanımasa da, Çinin ora hücum edəcəyinə imkan vermyəcəyini dəfələrlə bəyan edib. Çinin də indiyə qədər məsələyə son qoya bilməməsinin kökündə məhz ABŞ amili dayanır. Çünki ABŞ-ın Tayvanı tək buraxacağı ağlabatan deyil. Belədə isə müharibəyə başlamaqla Pekin birbaşa olmasa da, dolayısı ilə Vaşinqtonla toqquşmalı olacaq.

Lakin buna rəğmən Çinin addımları onun Tayvan məsələsinə son qoymaqda israrlı olduğuna işarə edir.

Daha bir müharibə ocağı alovlana bilər?

Mövzu ilə bağlı  açıqlama verən Milli Məclisin deputatı Asim Mollazadənin fikrincə, mövcud durumda Çinlə Tayvan arasında olmaqla yeni bir müharibə ocağının alovlanması ehtimalı sıfıra bərabərdir:

“Çin Tayvan məsələsində israrlıdır, amma hələlik tələsmir. Görünən odur ki, hələlik prosesdə yalnız təzyiq elementlərindən istifadə edilir. Çin Tayvana nəzarəti bərpa etməkdə israrlıdır. Onun addımları da buna hesablanıb. Bununla yanaşı, hələlik real müharibə ehtimalı yoxdur.

Çin məsələdə tələsmir. Onlar hazırda məsələni çözmək üçün gözləmə mövqeyi tutaraq, əlverişli məqam tapmaqla məşğuldurlar. Hazırda isə belə bir məqam yetişməyib. Ona görə də proses sadəcə olaraq, hazırlıqlar üzərində qurulub. Tayvan uğrunda bilavasitə hərbi əməliyyatlara başlamağa isə Pekin tələsməyəcək”.Bizim.Media

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90