image-rt-reklam
image-1backend

Universitetlər yeni təhsil sisteminə keçir: “Bakalavr” anlayışı ləğv ediləcək

image-728x90

Rusiya ali təhsil müəssisələri 2026-cı il sentyabrın 1-dən yeni ali təhsil sisteminə keçəcək.

Ulusal.az xəbər verir ki, “RİA Novosti” bu barədə Təhsil və Elm Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat yayıb.

Bu vaxta qədər nazirlik müvafiq normativ hüquqi aktların hazırlanaraq təsdiq edilməsini planlaşdırır.

Təhsil və Elm Nazirliyindən bildirilib ki, hazırda mövcud təhsil proqramları üzrə təhsil alan tələbələr daxil olduqları proqramı tam mənimsəyə biləcəklər.

2022-ci il aprelin 11-də Boloniya Qrupu Rusiya və Belarus Respublikasının Boloniya prosesinin bütün strukturlarında təmsilçiliyinə xitam verilməsi barədə qərar qəbul edib .

Təhsil və Elm Nazirliyinin rəis müavini Dmitri Afanasyev aydınlaşdırıb ki, təhsil müəssisələrinin rəhbərləri Rusiya Rektorlar İttifaqının Ukraynada keçirilən xüsusi əməliyyata dəstək müraciətini imzaladıqdan sonra ölkənin təhsil təşkilatları faktiki olaraq Boloniya prosesindən kənarlaşdırılıb. Məmurun sözlərinə görə, “dörd illik bakalavr dərəcəsi bilik, bacarıq və səriştələrin tam inkişafı üçün yetərli deyil”.

Nəticədə bəzi universitetlərdə 5 illik bakalavr təhsili tətbiq olundu.

“Bu baxımdan, yalnız yeni bir tərtibat hazırlanmalı deyil, həm də bu sxem əsasında yeni federal təhsil standartları təsdiqlənməlidir”, – Afanasyev deyib.

Bundan əvvəl Təhsil və Elm Nazirliyinin rəhbəri Valeri Falkov bildirib ki, yeni ali təhsil sisteminə keçid 2026-cı ildə başa çatacaq, kütləvi keçid isə bir il əvvəl baş verəcək. Mayın 14-də Falkov Rusiyada 2025-ci ildən yeni ali təhsil sisteminin geniş tətbiqi ilə əlaqədar “bakalavr” anlayışının ləğv ediləcəyini açıqlayıb.

“Ali təhsil sistemimizdə “bakalavr” anlayışı olmayacaq. Bu, ali təhsil və ixtisaslaşdırılmış ali təhsil olacaq”, – Falkov bildirib.publika.az

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90