image-rt-reklam
image-1backend

Universitetə daxil olan tələbələrə şad xəbər: Maddi yardım alacaqlar

image-728x90

Türkiyənin Kocaeli vilayətinə bağlı Gebze Bələdiyyəsi ilk dəfə universitetə daxil olan gənclərə 10 min lirə (təxminən 418 manat) maliyyə yardımı edəcək.

Ulusal.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, proqram yalnız Gebzedə yaşayan, dövlət universitetlərində oxuyan və ya özəl universitetlərdə ən azı 75 faiz təqaüd qazanan bakalavr tələbələrini əhatə edir.

Layihə bələdiyyə başçısı Zinnur Büyükgözün təklifi ilə məclisdə təsdiqlənib. Bu çərçivədə ötən il də minlərlə tələbəyə dəstək göstərilib.

Büyükgöz bildirib ki, təhsil hər zaman prioritetdir və gənclərin gələcəyə inamla addımlaması üçün bütün imkanlar səfərbər olunacaq.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90