1 sentyabrda Milli Məclisə keçiriləcək növbədənkənar seçkilərdə 15 saylı Yasamal birinci Seçki Dairəsindən deputatlığa namizəd Ülvi Quliyev avqustun 9-da başlayan təbliğat və təşviqat kampaniyası çərçivəsində bu günə qədər çoxsaylı görüşlər keçirib.
Deputatlığa namizəd Ülvi Quliyev seçki dairəsi ərazisində növbəti dəfə seçicilərlə görüşüb. Görüşdə Ülvi Quliyev seçicilərin şikayət və təkliflərini dinləyib.