image-2000x150
image-1682004201499963129_750x500backend

Ulu Öndərin 100 illik yubileyi ilə əlaqədar Milli Məclisin deputatları Bişkek şəhərinə səfər ediblər

image-728x90

Ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi ilə əlaqədar Azərbaycan Respublikasının Qırğız Respublikasındakı səfirliyi tərəfindən təşkil edilən silsilə tədbirlərdə iştirak etmək üçün Milli Məclisin deputatı, Əmək və sosial siyasət komitəsinin sədri, Azərbaycan-Qırğızıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Musa Quliyev və işçi qrupunun üzvü Cavanşır Feyziyev aprelin 19-da Bişkek şəhərinə səfər ediblər.

AZƏRTAC xəbər verir ki, səfər çərçivəsində Azərbaycan nümayəndə heyətini və səfir Lətif Qəndilov Qırğızıstan parlamentinin sədri Nurlanbek Şakievlə görüşüb.
Qırğızıstan parlamentinin sədri Nurlanbek Şakiev Ulu Öndər Heydər Əliyevin dahi şəxsiyyət olduğunu, təkcə Azərbaycanın deyil, bütün Türk dünyasının, eləcə də Qırğızıstanın böyük oğlu olduğunu söyləyib. Qeyd edib ki, Azərbaycan xalqının böyük oğlu Heydər Əliyevin 100 illik yubileyinin Qırğızıstanda qeyd edilməsi onlar üçün çox xoşdur və qurur vericidir.
Daha sonra parlamentin sədri bildirib ki, Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr edilən Milli Məclisinin xüsusi iclasında iştirak etmək üçün mayın 16-da Bakı şəhərinə səfər edəcək.
Musa Quliyev tezliklə Bakı şəhərində görüşəcəklərinə ümid etdiyini söyləyib, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi ilə bağlı tədbirlərin yüksək səviyyədə keçirilməsinə və göstərilən diqqətə görə Qırğızıstan parlamentinin sədrinə təşəkkürünü bildirib. Qeyd edilib ki, parlamentlərarası əlaqələrin genişləndirilməsinə böyük ehtiyac var və bu mənada Qırğızıstan parlamentinin Azərbaycanla dostluq qrupunun deputatlarını bu ilin payızında Bakı şəhərinə səfərə dəvət edib.
Görüşdən sonra səfir Lətif Qəndilov və nümayəndə heyəti Qırğızıstan-Azərbaycan dostluq parkını ziyarət ediblər. image-16820042015006517389_750x500 image-16820041884277641115_367x266

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90