image-rt-reklam
image-1backend

Ulu öndər Heydər Əliyevin siyasi kursuna sadiqlik

image-728x90

Ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı üçün əvəzedilməz rolu olub və ulu öndər yolu indi də davam etdirilir . Ulu öndərin sayəsində bu gün biz azad, bütöv Azərbaycanin alnı açıq vətəndaşlariyiq . Ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərliyə başladığı gündən başlayaraq ölkədə olan qarışıq vəziyyət, vətəndaş müharibəsi dayandırıldı . Qarışıq dövrdən istifadə edən kənar qüvvələr isə Azərbaycanin müstəqiliyini ləğv etmək istəyirdilər. Bütün bu məkrli planlarını isə vandal bir dövlət olan ermənilərlə həyata keçirirdilər.
Rus qoşunları ermənilərlə birlikdə Bakıda 20 Yanvar hadisələrini təşkil etmələri minlərlə günahsız insanların vəhşicəsinə öldürülməsi həmin dövrlərdə törədilən əməllərdən biri idi . 20 Yanvar hadisələrinə düzgün qiymətin verilməsi və bütün dünyaya həmin vəhşiliyin tanıdılmasıda Heydər Əliyevin müstəsna rolu olmuşdur . Bundan sonrakı illərdə Qarabağda baş verən qanunsuz işğalarin dayandırılmasından , hüquqi şəkildə bütün dünyaya təbliğində,çatdırılmasında Ulu öndərimiz Heydər Əliyevin böyük rolu olmuşdur . Ordunun yenidən qurulmasında rolu isə danılmazdır . Məhz Heydər Əliyevin sayəsində bu gün Azərbaycan respublikası bu qədər inkişaf etmiş, nümunəvi ölkədir. Təssüflər olsun ki Ulu öndərimiz ölkəmizin bu işıqlı günlərini görmədi. Amma Ulu öndərdən sonra Azərbaycan xalqı üçün daha bir dahi şəxs İlham Əliyevi Heydər Əliyev irsini davam etdirərək Ulu öndərin yolu ilə gedir və Azərbaycan xalqını böyük bir yüksəlişə aparır . Ali baş komandan İlham Əliyevin sayəsində biz 44 gün ərzində işğal altında olmuş torpaqlarımızı azad etdik. Bütün dünyaya əsl ədaləti göstərdik. Ali baş komandan İlham Əliyev ulu öndər Heydər Əliyev siyasi kursuna sadiqdir və onun yolunu davam etdirərək Azərbaycani inkişafa , tərəqqiyə gətirib çıxarıb və bu bundan sonra da davam edəcək.
Ulu öndər Heydər Əliyevi Azərbaycan xalqı üçün sönməz günəşə Ali baş komandan İlham Əliyevi isə onun şölələrinə bənzədərdim .
Azərbaycan Dillər Universiteti
Şəlalə Hüseynova

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90