image-2000x150
image-heydar_aliyev_ilham_aliyev_090522backend

“Ulu öndər Heydər Əliyev Brejnevi inandıraraq…” – Millət vəkili

image-728x90
“Bu gün imzalanmış sərəncam indiyədək imzalanmış ən böyük əfv sərəncamıdır. Bu gün 801  vətəndaşımız əfv edilib. Müstəqilliyimizi bərpa etdikdən sonra  Ulu öndər Heydər Əliyev tərəfindən ölüm hökmünə morotorum qoyması ilə nəticələdndi . Daha sonra isə ölüm cəzası məhz ulu öndər tərəfindən ləğv edildi” –Ulusal.az xəbər verir ki, bu fikirləri Azərbaycan Radiosunda  “Günün Nəbzi” verilişinin efirində millət vəkil Cavanşir Feyziyev bildirib.

Millət vəkili bildirib ki, bu gün Azərbaycan vətəndaşlarının söz azadlığını yüksək dəyərləndirmək lazımdır.

“İnsanın atdığı addımlar heç kimə zərər verməməlidir. Əgər qanun pozulursa cəza da olmalıdır. Amma Azərbaycan prezidenti 801  nəfəri azadlığa buraxmaqla öz hümanist addımı ilə dünyaya nümünə oldu. Arzumuz odur ki, bu gün əfv olunan 801 nəfər yenidən qanunları pozmasınlar. .” -deyə Cavanşir Feyziyev bildirib.

Cavanşir Feyziyev əlavə edib ki, bu gün ölkəmiz dünyanın ən humanist ölkələrindən biridir.

“Bu humanizmin təməlini Heydər Əliyev qoyub. 70-ci illərin əvvələrinə qədər Azərbaycan aqrar cəhətdən ən geridə qalmış respublika idisə, məhz Ulu öndərin sayəsində həm aqrar sahədə, həm iqtisadi, mədəni sahədə çox sürətlə irəllədi. Məhz Ulu öndərin gördüyü işlərin nətisə idi ki, Sovet hökumətinin rəhbəri iki dəfə Azərbaycana səfər etdi. Hətta o zman kuluarlarda belə bir söhbət gəzirdi ki, Heydər Əliyev Brejnevi inandıraraq Azərbaycana ayrılan vəsaiti iki dəfə artırmağa nail olmuşdu.Bu günkü güclü bir ölkənin təməli məhz Heydər Əliyev tərəfindən qoyulub”- deyə Cavanşir Feyziyev əlavə edib. Daha ətraflı linkdə:

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90