image-2000x150
image-2backend

Ulu Öndər böyüməkdə olan gənc nəslə qayğını hər zaman önə çəkirdi

image-728x90

Azərbaycanı gənclər ölkəsi, gəncləri isə Azərbaycanın gələcəyi adlandıran Ulu Öndər böyüməkdə olan gənc nəslə qayğını hər zaman önə çəkirdi.

Azərbaycan Respublikasının çiçəklənməsi ilə birgə ölkəmizin tək dünənini deyil ,həm də gələcəyini  düşünərək Ulu Öndər Heydər Əliyev uzaqgörən siyasətini bu günümüz üçün həyata keçirmişdir. Ümummilli liderin həyatının özülünə diqqət etsək ,burada şübhəsizdir ki Azərbaycan xalqına əvəzsiz xidmətlərini görəcəyik. “Mənim üçün öz həyatımdan ,öz canımdan artıq Azərbaycanın müstəqilliyini qorumaq ,onu saxlamaq,onu əbədi etməkdir”-deyə qeyd edən Ulu Öndər Heydər Əliyevin bu sözlərindən də daima qəlbinin Azərbaycan sevgisi ilə döyündüyünü duya bilirik. Heydər Əliyev Azərbaycan xalqının vətəndaşlarının daima inkişaf etməsini dəstəkləyib, bununla yanaşı bu səbəblə bir çox qərarlar qəbul etmişdir.  Hüquqi və dünyəvi dövlət quruculuğu prosesində, çoxşaxəli islahatların reallaşdırıldığı bir vaxtda gənclik enerjisinə ehtiyac duyulduğunu düzgün qiymətləndirən Heydər Əliyev müxtəlif illərdə gənclər siyasətinin ayrı-ayrı istiqamətləri üzrə müvafiq sənədlər imzalayıb. Ümummilli lider Heydər Əliyev hər zaman gənclərlə bağlı düşüncələrində qeyd edirdi ki, gənclərə nəyi və necə öyrətmək cəmiyyətin gələcək tərəqqisinə  hər tərəfli formada öz təsirini göstərəcəkdir. Ayrı-ayrı dövlət orqanlarının gənclərlə iş sahəsindəki fəaliyyətini əlaqələndirmək məqsədi ilə Ulu Öndər Heydər Əliyevin 1994-cü il 26 iyul tarixli Fərmanı ilə Gənclər və İdman Nazirliyi yaradılmışdır. Yaradılmış yeni Nazirlik gənclərlə iş sahəsində vahid dövlət siyasətinin reallaşdırılmasını təmin etdi. Ulu Öndərin 1997-ci il fevralın 2-də imzaladığı Fərmana əsasən, fevralın 2-si Azərbaycan Gəncləri Günü elan edilib. Həmin vaxtdan etibarən bu gün MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda təntənəli şəkildə qeyd edilməyə başlanıb. Heydər Əliyevin gənclər üçün, gənclərin gələcək müqəddaratı üçün gördüyü tədbirlər,bu günümüzdə də cənab prezident İlham Əliyev tərəfindən uğurlu şəkildə davam etdirilir.

Səbinə Nəriman qızı Zalova

Nəsimi rayon sakini

 

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90