Ukrayna ordusunun Bulava zərbə bölməsinin döyüşçüləri cəmi 200 min qrivna dəyərində pilotsuz uçuş aparatı vasitəsi ilə Rusiyanın milyonlarla dollar dəyərində xeyli sayda hərbi texnikasını məhv edib.
Ulusal.az xəbər verir ki, bu barədə tanınmış ukraynalı hərbi bloqer Yuri Butusov “Teleqram” kanalında məlumat yayıb və videolar yerləşdirib.
O, qeyd edir ki, Rusiya ordusu Cənubda hücum üçün hərbi ləvazimat toplayır, ukraynalı pilotlar onların izinə düşüb və “Vild Hornets” pilotsuz uçuş aparatları ilə onları məhv edib.
Ətraflı
Videoda pilotun peşəkar və sistemli şəkildə anqara necə daxil olduğu və hansı hərbi texnikanı diqqətlə seçdiyi aydın görünür. Zərbədən sonra bütün anqar tamamilə yanıb.
Butusovun yazdığına görə anqarda olan “ZIL” hərbi avtomobilinə quraşdırılmış iki C60 qurğusu, iki T72 tankı, bir BMP-3, bir ədəd “Terminator” zirehli döyüş maşını və başqa hərbi avadanlıqlar məhv edilib.






















