Yeni texnologiya dronların istifadəsi ilə bağlıdır, lakin onun təfərrüatları gizli saxlanılır…
Ən son müdafiə texnologiyalarının ukraynalı tərtibatçıları Müdafiə Qüvvələrinə döyüş meydanında mühüm üstünlük verəcək və müharibənin gedişatını dəyişdirəcək məxfi məhsul üzərində işləyirlər.
Ulusal.az xəbər verir ki, bu barədə rəqəmsal transformasiya naziri Mixail Fyodorov məlumat verib.
“Tammiqyaslı işğal zamanı pilotsuz təyyarələr müharibənin heymçencerlərinə- oyunu dəyişdirənlərə çevrildi və Ukrayna dünyanın ən böyük müdafiə texnologiya mərkəzlərindən birinə çevrildi. Pilotsuz təyyarələr əvvəllər də var idi, indi isə milyonlarla dollar dəyərində olan Rusiya avadanlıqlarını məhv edən silahlara çevrilib.
Buna “bazar yaradan innovasiyalar” deyilir, onlar aşağıdan, bəzi qruplar artıq mövcud olan, lakin müəyyən məqsədlər üçün istifadə olunmayandan istifadə etməyə başlayanda ortaya çıxır”, – Fyodorov yazır.
Nazir qeyd edib ki, Ukraynada genişmiqyaslı müharibənin davam etdiyi üç il ərzində fəaliyyəti pilotsuz təyyarələrlə bağlı olan şirkətlərin sayı xeyli artıb. Əgər 2022-ci ilin əvvəlində bunlar cəmi yeddi idisə, indi bu, 500 istehsalçı və inkişaf şirkəti ilə iqtisadiyyatın güclü sektorudur.
“Bu, sistemli dəyişikliklərin nəticəsidir – biz siyasət formalaşdırdıq, bazarı açdıq və istehsalçılar üçün dünyada ən yaxşı şərait yaratdıq. Sonra biz təcrübəni radioelektron mübarizə, döyüş sursatı və raketlər bazarlarına genişləndirdik.
Nazir son texnoloji yeniliyin təfərrüatlarını açıqlamayıb, lakin onun “hərbi əməliyyatların gedişatını dəyişdirəcək texnoloji müharibənin yeni heymçenjerinə -oyun dəyişdiricisinə” çevriləcəyini qeyd edib.
“Və müdafiə innovasiyasını nə qədər tez genişləndirsək, döyüş meydanında bir o qədər çox üstünlüklər əldə edəcəyik”, – deyib Mixail Fyodorov.
Xatırladaq ki, bu yaxınlarda Ukrayna Silahlı Qüvvələrində yeni yerli pilotsuz uçuş aparatı kompleksi meydana çıxıb. Müdafiə Nazirliyi Ukrayna istehsalı olan “Vespa-15” zərbə dronunu kodlaşdırıb və istismarına icazə verib.Moderator.az