image-2000x150
image-reznikov1681108653backend

Ukrayna Qərb silah nümunələri üçün ehtiyat hissələri hazırlayır – Reznikov

image-728x90

Ukraynada hərbi texnikaya qulluq və təmirin üç xətti mövcuddur. Qərb nümunələri üçün ehtiyat hissələri Ukrayna bazarında hazırlanır. Onlardan bəziləri orijinaldan daha yaxşıdır.

Bunu Ukrayna müdafiə naziri Aleksey Reznikov deyib.

“Xırda sadə təmirlər elə döyüş meydanındaca aparılır. Burada ekipajlarımıza bunu necə etmək öyrədilir. Bizim vəzifəmizdir ki, onları ehtiyat hissələri ilə təmin edək. Biz artıq Qərb avadanlıqları üçün bəzi ehtiyat hissələrini istehsal edirik. İstər dövlət, istərsə də özəl müəssisələrimiz bəzi şeyləri necə etməyi fantastik şəkildə öyrəniblər”, – nazir bildirib.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90