image-rt-reklam
image-1backend

Ukrayna PUA-ları zərbə rekordunu yeniləndi – 1800 kilometr məsafədə yerləşən stansiyaya hücum edib

image-728x90

Mayın 26-da Ukraynaya məxsus pilotsuz uçan aparat Orenburq vilayətinin Orsk şəhərində yerləşən “Voronej M” uzaqmənzilli hədəf aşkarlayan radiolokasiya stansiyasına hücum edib.

Bu barədə “Ukrayinska Pravda” və “RBC-Ukrayna” Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsindəki (GUR) mənbəyə istinadən məlumat yayıblar.

“Ukraynaya məxsus PUA düşmən hədəfinə qədərki 1800 kilometrdən çox məsafə qət edərək yeni rekorda imza atıb”, – mənbə bildirib. O, əlavə edib ki, radara dəyən ziyanla bağlı məlumatlar dəqiqləşdirilir.

Bir gün əvvəl yerli nəşrlər Qazaxıstanla sərhəddə yerləşən Orsk yaxınlığında pilotsuz təyyarənin düşməsi barədə məlumat yayıblar. Ural56.ru teleqram kanalı yazır ki, hücumun hədəfi hərbi obyekt ola bilər. Qeyd olunur ki, hücum zamanı xəsarət alanlar və ölənlər, o cümlədən infrastrukturun dağılması olmayıb.

Bazar ertəsi RİA Novosti Orsk yaxınlığında pilotsuz təyyarənin düşdüyünü təsdiqləyib. Orenburq vilayəti hökuməti bəyan edib ki, hər hansı mülki obyektə ziyan dəyməyib, sakinlər üçün təhlükə yoxdur.

Rusiyanın “Hərbi Xəbərçi” və “Rybar” teleqram kanalları iddia edir ki, Ukraynaya məxsus PUA Orsk yaxınlığındakı Qorkovskoye kəndindəki “Voronej-M” radiolokasiya stansiyasına (radar) hücum etməyə cəhd edib.

Orskdan Ukraynanın qərb sərhədlərinə düz xəttə üzrə 1.5 min kilometrdir.

Mayın 9-da Ukraynaya məxsus pilotsuz uçan aparat Başqırdıstanın Salavat şəhərində neft emalı zavoduna hücum edib. Zərbə vurmazdan əvvəl pilotsuz təyyarə təxminən 1.5 min kilometr uçub. Beləliklə, Salavat Ukrayna pilotsuz təyyarələrnin hücumuna məruz qalan Rusiyanın ən uzaq şəhəri olub.

Voronej radarları ailəsi Rusiyanın nüvə təhlükəsizliyinin tərkib hissəsidir, kosmik və aerodinamik obyektləri, o cümlədən ballistik və qanadlı raketləri aşkar etmək üçün nəzərdə tutulub. “Voronej-M” 6 min kilometrə qədər məsafədə hədəfləri aşkar etmək və eyni zamanda 500-ə qədər obyekti izləmək qabiliyyətinə malikdir.

Rusiya Müdafiə Nazirliyi zərbə ilə bağlı xəbərləri şərh etməyib.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90