image-2000x150
image-jdam-er-696x391-1backend

Ukrayna ordusunda yeni silah – Uzaq mənzilli “ağıllı” bombalar gəlir

image-728x90

Rusiyanın Ukraynaya qarşı elan edilməmiş müharibəsi davam etdikcə, Qərbin yardımı da güclənməkdə davam edir. Müharibənin əvvəlində ancaq yüngül silahlar verməklə kifayətlənən Qərb, artıq Ukrayna üçün tank batalyonları yaradır.

Ekspertlər növbəti mərhələdə F-16 təyyarələrinin və ATACMS raketlərinin göndərilməsini real sayırlar. Qeyd edək ki, ATACMS raketləri 300 kilometr və daha uzaq hədəfləri vurmaq qabiliyyətinə malikdir, Kiyev bu raketlərdən Krımı qaytarmaq əməliyyatında istifadə edə bilər.

Hələlik isə ABŞ Ukraynaya 72 kilometrdən çox məsafəni vura bilən uzaqmənzilli JDAM-ER bombaları təhvil veriləcək.

Pressklub.az “Bloomberg”ə istinadən xəbər verir ki, bu raketlər “Boeing” şirkəti tərəfindən istehsal ediləir. Bombanın əsas üstünlüyü onun GPS vasitəsilə idarə olunmasındadır.

Qeyd edək ki, bu bombalar ABŞ Hərbi Hava Qüvvələri və Hərbi Dəniz Qüvvələri tərəfindən istifadə olunur və həmçinin 26-dan çox ölkəyə satılıb. Onlar 220-900 kiloqrama qədər çəkisi olan idarə olunmayan bombalara quraşdırıla bilər. Nəticədə həmin döyüş sursatları idarə olunan bombalara çevrilir və bu da uçuş məsafəsinin üç dəfə artmasına səbəb olur. JDAM-ER Avstraliya Hərbi Hava Qüvvələri ilə əməkdaşlıqda hazırlanıb.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90