image-rt-reklam
image-1backend

“UKRAYNA ORDUSU STRATEJİ MÜDAFİƏYƏ KEÇMƏLİDİR” – “Cəbhəni yenidən format etməliyik”

image-728x90

Uğursuz əks-hücumdan sonra Ukrayna ordusunun öz taktika və strategiyasına yenidən baxmalı olduğu barədə çağırışlar xeyli artıb.

Ordu generalı, Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının keçmiş rəhbəri Viktor Mujenko “Ukrayna cəbhəsinin yenidən format edilməsinə” ehtiyac olduğunu bildirib.

Mujenko “BBC”-yə müsahibəsində deyib ki, müharibənin dalana dirəndiyinə inanmır. General xatırladıb ki, cəbhədə təkcə qələbələr yox, bəzən məğlubiyyətlər də olur: “Burada təkcə uğurlu irəliləyiş yox, həm də düşmənin bizi dayandırması, təkcə hücum yox, həm də müdafiə var. Hesab edirəm ki, bu gün aktual məsələ müdafiəyə keçiddir. Strateji cəhətdən aktiv müdafiə əks-hücumları da özündə ehtiva edə bilər və müəyyən istiqamətlərdə uğur qazanılan şəraitdə müvafiq bölmələr səviyyəsində əks-hücumlar mümkündür. Biz cəbhəni yenidən format etməliyik. Biz təkcə kəmiyyət deyil, həm də keyfiyyət baxımından güclü ehtiyat yaratmalıyıq”.

Həmin müsahibədə Mujenko bəyan edib ki, döyüş meydanındakı real vəziyyət mediada verilən açıqlamalardan fərqlidir. O, hesab edir ki, əks-hücum zamanı Ukrayna əsgərləri dünyanın heç bir ordusunun edə bilmədiklərini edib.“AzPolitika.info”

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90