image-rt-reklam
image-1backend

Ukrayna ordusu Qərbdən yardım almasa, məğlub olacaq – General

image-728x90

Ukrayna ordusu Qərbdən hərbi yardım almasa, yazın sonu və ya yayın əvvəlində məğlub ola bilər.

Ulusal.az xəbər verir ki, bu barədə “RAR” agentliyinə müsahibəsində Polşa ordusunun Baş Qərargah rəisinin keçmiş müavini, general Leon Komorniçki bildirib.

“Əgər kömək olmasa, Ukrayna ordusu tezliklə hərbi əməliyyatları davam etdirə bilməyəcək, məğlubiyyətinə düçar olacaq. Məncə, bu, yazın sonu və ya yayın əvvəlində baş verəcək. Sonra Ukrayna ordusu müharibə aparmaq qabiliyyətini itirəcək, Qərbin köməyi olmadan tükənəcək” – general deyib.

O hesab edir ki, Qərbin Ukraynaya hərbi yardımı “damcı-damcı” olmamalıdır.

Komorniçkinin fikrincə, Ukraynanın münaqişədə nəzəri qələbəsi 90 faiz Ukrayna ordusunun özündən deyil, Qərbin hərbi yardımından asılı olacaq.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90