image-rt-reklam
image-1backend

UKRAYNA MÜHARİBƏSİ BİTMƏK ÜZRƏDİR – Rusiya qalib gəldimi?…

image-728x90

Dünən Moskvada Prezident Vladimir Putinlə ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkof arasında keçirilən 2,5 saatlıq danışıqlar müəyyən kompromislərlə başa çatıb. Qərb mediası yazır ki, Rusiya ilk dəfə olaraq Ukraynadan nə istədiyini dəqiq şəkildə açıqlayıb və bu, ABŞ Prezidenti Donald Trampı qane edib. Lakin Moskvanın şərtləri ictimaiyyətə açıqlanmır – bu barədə yalnız Ukrayna Prezidenti Volodimir Zelenski və Avropa liderləri məlumatlandırılıb.

Dövlət katibi Marko Rubio isə vəziyyətə bir qədər aydınlıq gətirib. O bəyan edib ki, müharibə ərazi məsələləri üzərində həll olunacaq. Yəni Kiyev Krım və Ukraynanın şərqinin Rusiyaya verilməsi ilə barışmalı olacaq.

V. Zelenski ilk təmaslardan sonra bildirib ki, Rusiya atəşkəsə əvvəllə müqayisədə xeyli yaxınlaşıb. Bu isə o deməkdir ki, Putin kapituliyasiya şərtlərini xeyli yumşaldıb. Məsələ diplomatik müstəviyə daşınmaq üzrədir. İlk raundun liderlər səviyyəsində keçirilməsi barədə razılıq əldə olunub: Tramp əvvəlcə Putinlə, daha sonra Zelenskinin iştirakı ilə üçtərəfli görüş keçirməyi planlaşdırır. Bu təmas baş tutarsa, əvvəlcə qarşılıqlı hava hücumlarının, ardınca isə cəbhə xəttində döyüşlərin dayandırılması baş verə bilər.

 

Beləliklə, mənzərə tam aydındır: ABŞ müharibəni davam etdirmək üçün Ukraynaya dəstək verməkdə maraqlı deyil. Eyni zamanda Rusiyanın Ukraynanı tam işğal etməsinə də göz yuma bilmir. Nə ABŞ ictimaiyyəti, nə də NATO müttəfiqləri bu ssenarini qəbul edir. Vaşinqtonun regiondakı maraqları da belə nəticə ilə barışmağa imkan vermir…

Rusiya – Ukrayna müharibəsi böyük ehtimalla ötən əsrin ortalarında baş vermiş Koreya müharibəsi ssenarisi ilə başa çatacaq. Yəni Ukrayna müvəqqəti, bəlkə də uzunmüddətli dövr üçün ərazilərinin beşdə birini itirməklə barışmalı olacaq. Ən azı, Putin “ideologiyası” Rusiyada, Tramp “ideologiyası” isə ABŞ-də məhv olana qədər bu status-kvo qorunacaq.

Böyük qurbanlar bahasına olsa da, Ukrayna dövlətçiliyinin qorunması Zelenski hökuməti üçün ən böyük nailiyyətdir. Bu mərhələdən sonra Qərbin siyasi və maliyyə dəstəyi ilə ölkə yaralarını sarıyaraq böyük inkişaf yoluna qədəm qoya bilər. Bir şərtlə: əgər korrupsiyanın kökünü kəsə bilsə…

Rusiyaya gəldikdə isə, bu nəticə Putinin müharibənin əvvəlində elan etdiyi hədəflərə çatması anlamına gəlmir. Formal qələbə olsa da, Ukrayna əldən çıxır. Zəbt olunmuş torpaqlar dünyanın ən böyük və ən sahibsiz ərazisinə malik olan Rusiya üçün kiçik bir qənimətdir. Ən əsası, müharibənin ölkəyə vurduğu ağır yaraları sağaltmaq üçün Rusiyanın resursları kifayət qədər deyil. Yüz minlərlə yaralı, əlil, dağılmış xarici iqtisadi əlaqələr, ölkədən çıxarılan trilyonlarla kapital, məhv edilmiş institutlar ölkəni fəlakətə sürükləyə bilər.

Bu vəziyyətdən çıxmaq asan deyil. Rusiyanın real müttəfiqləri yoxdur. Ən yaxın tərəfdaşı olan Çin fürsət gözləyir. Qərb isə çoxdan “dişini itiləyib” Rusiyanın hüdudsuz sərvətlərinə sahib olmaq istəyir.

Beləliklə, bundan sonra zəif Rusiya uğrunda Qərb – Çin qarşıdurması başlaya bilər…“AzPolitika.info”

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90