image-2000x150
image-media-1677060887_arzuman-teze-1-2-z4v90wibp7m5ftq2luoabackend

“Ukrayna müharibəni dayandırmayacaq” -Arzuman Muradlı

image-728x90

“Ukrayna müharibəni dayandırmayacaq. Zelenski bütün təzyiqlərə və çətinliklərə rəğmən savaşı davam etdirəcək.” Ulusal.az-a açıqlamasında bu fikirləri politoloq,  “Milli İnkişaf” İnkişaf Birliyinin sədri Arzuman Muradlı bildirib.

Politoloq hesab edir ki, Ukrayna yeni dönəmdə cəbhədə Rusiya ordusuna çətin anlar yaşadacaq.

“Kreml bir il əvvəl ordusuna Ukraynaya hücum əmri verəndə təxmin edə bilməzdi ki, savaşın qəlpələri tədricən Rusiya ərazisinə də çatacaq. Artıq bir müddətdir ki, Ukraya pilotsuz uçuş aparatları vasitəsilə Rusiyan vacib obyektlərinə, hərbi infrastrukturuna zərbələr endirir. Artıq iki gündür ki, bu hücumlar daha da intensivləşib.  Rusiyanın Bryansk viliayətində toqquşmalar da buna sübutdur” -deyə Arzuman Muradlı bildirib.

Arzuman Muradlı qeyd edir ki, son günlər  Rusiya xəbər  agentliklərinin “ukraynalı diversantlar Rusiya sərhədini keçiblər, atəş nəticəsində ölənlər arasında Rusiya vətəndaşları da var” açıqlamaları onların necə ajotaj içərisində olduğunu sübut edir.

““Diversantlar Rusiya sərhədini keçiblər” ifadəsi ikrah doğurur. Bəs Rusiya ordusu bir ildir Ukraynanın sərhədini pozmayıbmı? Rusiya prezidenti Vladimir Putin Kremldə təcili Təhlükəsizlik Şurasının iclasını çağırıb. Kreml baş verənlərin “intimaqını” Ukraynanın şəhərlərini bombalamaqla, mülki insanları öldürməklə alacaq. Ancaq Rusiya vətəndaşları işğala səssiz qalmaqla yanaşı müharibənin evlərinə yaxınlaşdığını anlamağa başlayıblar.”- deyə Arzuman Muradlı əlavə edib.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90