Ukrayna Silahlı Qüvvələrinin hava hücumu qoşunları Rusiyanın Kursk vilayətindəki əməliyyatın görüntülərini paylaşıb.
Ulusal.az bu barədə “Ukrayna həqiqətləri”nə istinadən xəbər verir.
Əməliyyatın hərfi təsviri olduqca maraqlı və diqqətçəkicidir: “Minatəmizləmə, sərhədi yarmaq, düşmənin müdafiə xətlərinin məhv edilməsi, aviasiya, artilleriya və əsirlərlə iş. 6 avqust 2024-cü il tarixində Rusiya Federasiyasının Kursk vilayətində Müdafiə Qüvvələrinin hücum əməliyyatının ilk saatları. Rusiya-Ukrayna müharibəsi tarixinə düşəcək bir gün”.
Paraşütçülər qeyd ediblər ki, əməliyyatın ilkin mərhələsində ehtiyatlı hazırlıq, planlaşdırma və sürprizlər həlledici olub.
Bildirilib ki, Kursk əməliyyatının nüvəsini Ukrayna Silahlı Qüvvələrinin Hava Hücum Qoşunlarının iki briqadası təşkil edib.