Ukrayna münaqişəsi ilə bağlı fikir ayrılıqları Rusiya və Azərbaycanın qarşılıqlı faydalı münasibətlərini pozmamalıdır.
TASS xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
“Azərbaycan rəhbərliyinin Ukrayna ilə bağlı mövqeyi bizə məlumdur. Burada fikir ayrılığımız var. Əvvəldən Prezident (Azərbaycan Prezidenti İlham Əliyev) belə bir mövqe tutub. Əvvəldən onunla razılaşmadıq”, – Kreml rəsmisi qeyd edib.
Peskov ümid edir ki, Ukrayna ilə bağlı fikir ayrılıqları Moskva ilə Bakı arasındakı münasibətlərə mane olmayacaq.