image-rt-reklam
image-894397_srcbackend

Ukrayna dronları Rusiya aeroportlarını iflic etdi

image-728x90

Ulusal.az xəbər verir ki, Moskvada hava limanlarında uçuşlar bir daha dayandırılıb. Son məlumata görə, Şeremetyevoda 9, Vnukovoda 6, Domodedovoda isə 3 reys təxirə salınıb.

Moskva meri Sergey Sobyanin bildirib ki, Müdafiə Nazirliyinin hava hücumundan müdafiə qüvvələri paytaxt üzərində pilotsuz uçuş aparatının hücumunu dəf edir. Onun sözlərinə görə, bütün təcili yardım xidməti qüvvələri hazır vəziyyətdədir.

Aviasiya mənbələrinin məlumatına əsasən, Moskvaya eniş etməli olan bəzi təyyarələrin istiqaməti dəyişdirilib.

Rusiyanın bir sıra Teleqram kanalları Reutov və Skolkovo ərazisində partlayış səslərinin eşidildiyini yazıb. Şahidlər həmçinin Odintsovo rayonu, Konkovo, Kuzminki, Çertanovo və Moskvanın mərkəzində də güclü səslərin eşidildiyini bildiriblər. Partlayış səsləri Zelenoqrad və Naxabino kəndində də qeydə alınıb.

İlkin məlumatlara görə, partlayışlar pilotsuz uçuş aparatlarına qarşı hava hücumundan müdafiə sisteminin fəaliyyəti nəticəsində baş verib. Hadisə ilə bağlı rəsmi açıqlama hələlik verilməyib.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90